AZ

3 bölgə klubu rəqiblərini bu arenalarda qəbul edəcək - PFL-dən açıqlama

style='margin-bottom:10px;'>

"Turan Tovuz" komandası ev oyunlarını "Azərsun Arena"da keçirəcək.

QOL.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) texniki idman direktoru Elgiz Abbasov deyib.

Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün püşkatma mərasiminin ardından jurnalistlərə açıqlama verən PFL rəsmisi qərb təmsilçisinin stadionunun iyulun 20-dən etibarən təmirə bağlanacağını söyləyib:

"Bilirik ki, bu bu xəbər tovuzlu azarkeşləri üzəcək. Lakin gələcəkdə hər şeyin daha yaxşı olması üçün bununla razılaşmaq lazımdır".

O həmçinin deyib ki, "Kəpəz" mövsümün startına Qəbələ şəhər stadionunda, "Karvan" isə Şamaxı stadionunda start verəcək". ("Report")

Seçilən
172
3
teleqraf.com

10Mənbələr