AZ

““Mırt” vurmuşam” - Alim Qasımov rep deməsi haqda

Xalq artisti Alim Qasımov rep deməsi ilə bağlı yayılan məlumatlara reaksiya verib. 

Ölkə.az xəbər verir ki, xanəndə Xətai rayonunda “Əkinçi” qəzetinin yaranmasının 150 illiyinə həsr olunmuş tədbirdə OLAY-a danışıb.

Muğam ifaçısı deyib ki, rep dediyi videoların paylaşılmasından xəbəri olmayıb:

“Mənim ondan xəbərim yoxdur. Kim yazıb pozur, onlarla işim yoxdur. Studiyaya getmişdim, “mırt vurmuşam”, o da paylaşılıb. Eybi yoxdur. Hər şey zarafatla başlayır, gerçəyə dönür”.

Seçilən
161
13
olke.az

10Mənbələr