AZ

"Oleq Bakinski" məhkəmədə son sözünü dedi

"Oleq Bakinski" kimi tanınan ukraynalı iş adamı Oleq Krapivin və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə iclası keçirilib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasın çıxışlar mərhələsi bitdikdən sonra təqsirləndirilənlərə son söz ücün imkan yaradılsa da, Konstantin Kuçer buna hazır olmadığından vaxt istəyib.

Oleq Krapivin isə günahının olmadıgı üçün məhkəmədən bəraət istəyib.

"Son sözüm odur ki, mən bu əməli törətməmişəm. Mənim üstümə şər atıblar. Şahidlər də bunu təsdiqlədi. Sizdən xahişim odur ki, mənə bəraət verəsiniz", - deyə o, məhkəmə iclasında deyib.

Xatırladaq ki, ötən ötən iclasda dövlət ittihamçısı təqsirləndirilən Konstantin Kuçerin 14 il, Oleq Krapivinin isə 3 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

Qeyd edək ki, Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (qəsdən sağlamlığa az zərər vurma), təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.

Cinayət işi üzrə Rusiya vətəndaşı Valeri Nikolayeviç Zaxarenkov, "Aviazapçast" ASC və "Promışlennıye Postavki Kazaxstan" MMC zərərçəkmiş qismində tanınıblar.

"Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilmişdi. Bir müddət əvvəl məhkəmə təqsirləndirilən Oleq Krapivinin səhhəti ilə bağlı vəkilinin vəsatətini təmin edərək onun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar çıxarmışdı.

Seçilən
10
4
manset.az

6Mənbələr