AZ

Azərbaycanlıların Rusiya limanlarına girişi qadağan EDİLDİ

  Rusiya təhlükəsizlik qüvvələrinin davranışları Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir göstərməkdə davam edir.

Referans xəbər verir ki, iyulun 8-də Rusiyanın Tuapse limanında Liberiya qeydiyyatında olan “Asia Minor” (IMO 9754161) gəmisində Azərbaycan vətəndaşlarının olması səbəbindən gəmi üzərində genişmiqyaslı yoxlama aparılıb.

Limanın girişində sərhəd nəzarəti zamanı Rusiya nəzarət orqanları gəmidəki Azərbaycan vətəndaşı olan bütün ekipaj üzvlərini ayrı-ayrılıqda dindiriblər. İddia olunur ki, sorğular zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları kobud və təxribat xarakterli davranış sərgiləyiblər.

Azərbaycanlı ekipaj üzvlərinin telefonları yoxlanılıb – şəkillər, əlaqə siyahısı, teleqram yazışmaları və internet brauzer tarixçəsi incələnib. Bundan əlavə, onlara Qarabağ müharibəsində iştirakla bağlı açıq təxribat xarakterli suallar verilib.

Dindirmə zamanı bir sıra ekipaj üzvləri təhqiramiz ifadələrlə üzləşib. Nəticədə matros Sədi Abbasov və motorist Elmar Şıxməmmədova bildirilib ki, bundan sonra onların Rusiya limanlarına daxil olmasına icazə verilməyəcək.  

phrase_var_article.chosen
53
37
referans.az

10phrase_var_article.sources