Rusiya limanlarına gələn bütün xarici gəmilər Rusiyanın Federal Təhlükəsizlik Xidmətindən icazə almalı olacaq.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bununla bağlı qanun imzalayıb.
Yeni qanunun səbəbi açıqlanmayıb.
Qeyd edək ki, bundan əvvəl limanlara gələn xarici gəmilərə Rusiyanın Nəqliyyat Nazirliyi nəzarət edirdi.