Almaniyanın “Bavariya” klubu İngiltərənin “Liverpul” komandasının hücumçusu Luis Diasla şəxsi müqavilə şərtlərində razılığa gəlib.
90deqiqe.Az “Bild” nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə dörd illik müqavilə hazırlanıb. Razılaşmaya əsasən, əgər transfer baş tutarsa, kolumbiyalı Münhen klubunda illik 14 milyon avro (vergi tutulmadan əvvəlki məbləğ) məvacib alacaq. Bu rəqəmə qol və məhsuldar ötürmə kimi bonuslar da daxildir.
Bununla belə, məlumatda vurğulanır ki, hələlik “Bavariya” və “Liverpul” klubları arasında oyunçunun keçidi ilə bağlı rəsmi razılıq əldə olunmayıb.
Luis Dias ötən mövsüm “Liverpul”un heyətində bütün turnirlər üzrə 50 oyunda iştirak edib, 17 qol və 8 assistlə yadda qalıb. Onun İngiltərə təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri €70 milyon təşkil edir.