Mançester Yunayted” “Leyptsiq”in 22 yaşlı hücumçusu Benyamin Şeşkonu transfer etmək cəhdlərini gücləndirib.
Manset.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, “qırmızı şeytanlar” artıq “Brentford”dan hücumçu Brayan Mbemonun keçidi ilə bağlı razılıq əldə etdikdən sonra diqqətlərini Şeşkoya yönəldiblər. Klub sloveniyalı futbolçu və onun ətrafı ilə mütəmadi əlaqə saxlayır.
Transferin mümkünləşməsi üçün “Mançester Yunayted”in bir neçə oyunçunu, xüsusilə də cinah hücumçuları Alehandro Qarnaço və Markus Reşfordu satmağı planlaşdırdığı qeyd olunur.
Şeşko ötən mövsüm “Leyptsiq”in heyətində bütün turnirlərdə 45 oyuna çıxaraq 21 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalına əsasən, hücumçunun bazar dəyəri 70 milyon avrodur.