Bakı. Trend:
"Qalatasaray"ın sabiq futbolçusu Henri Onyekuru Türkiyəyəqayıdıb.
Trend xəbər verir ki, SuperLiqaya yüksələn "Gənclərbirliyi" nigeriyalı vingeri heyətinə qatıb.Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı ön xətt oyunçusu ilə imzalanan müqavilənin detallarıbarədə məlumat verilməyib.
Qeyd edək ki, Henri Onyekurunun son klubu Səudiyyə Ərəbistanında"Əl-Fəyha" olub. O, 2018/2019 və 2020/2021 mövsümlərində"Qalatasaray"ın formasını geyinib.