"Qalatasaray"ın sabiq futbolçusu Henri Onyekuru Türkiyəyə qayıdıb.
Bizim.Media xəbər verir ki, Super Liqaya yüksələn "Gənclərbirliyi" nigeriyalı vingeri heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı ön xətt oyunçusu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Henri Onyekurunun son klubu Səudiyyə Ərəbistanında "Əl-Fəyha" olub. O, 2018/2019 və 2020/2021 mövsümlərində "Qalatasaray"ın formasını geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta