AZ

“Qalatasaray”ın sabiq futbolçusu Türkiyə klubunda

“Qalatasaray”ın sabiq futbolçusu Henri Onyekuru Türkiyəyə qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, Superliqaya yüksələn “Gənclərbirliyi” nigeriyalı vingeri heyətinə cəlb edib. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Henri Onyekurunun son klubu Səudiyyə Ərəbistanında “Əl-Fəyha” olub. O, 2018/2019 və 2020/2021 mövsümlərində “Qalatasaray”da oynayıb.

Seçilən
21
30
qafqazinfo.az

10Mənbələr