ABŞ prezidenti Donald Tramp 30 il efirdə olan “The Late Show”un bağlanmasına münasibət bildirib.
"Unikal" xəbər verir ki, o bu barədə "Truth Social" platformasında məlumat verib.
Yazıda Tramp verilişin bağlanmasını aparıcı Stiven Kolbertin peşəkar performansı ilə əlaqələndirib. Prezident həmçinin təklif edib ki, Cimmi Kimmel şousu bitəcək növbəti şəxs ola bilər.
"Mən eşitmişəm ki, Cimmi Kimmel növbəti yerdədir", - deyə Tramp bildirib.