Qubada beynəlxalq şahmat festivalı "Guba Open" davam edir.
"Football-plus.az" xəbər verir ki, A turnirində üç turdan sonra üç lider var.
Startda xal itkisi yaşamayan şahmatçılar bunlardır: azərbaycanlı beynəlxalq usta Vüqar Manafov, həmçinin Mixail Kekelidze (Gürcüstan) və Vitaliy Bernadski (Ukrayna).
Onlardan yarım xal geridə isə Yevgeni Romanov (Şimali Makedoniya) və Xaqan Əhməd qərarlaşıblar.
9 turdan ibarət olacaq turnir İsveçrə sistemi ilə keçirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta