AZ

ABŞ-də tariflərdən gəlirlər 87 milyard dollara çatdı


2025-ci ilin yanvar-iyun aylarında ABŞ büdcəsinə gömrük rüsumlarından daxilolmalar 87,2 milyard dollara çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei Asia” portalı ABŞ hökumətinin məlumatlarına istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp aprel ayında yeni rüsumlar tətbiq etdikdən sonra idxal tariflərindən əldə edilən gəlirlər kəskin artıb.
ABŞ Gömrük və Sərhəd Mühafizəsi məlumatlarına əsasən, iyunun sonuna qədər 10%-lik sabit tariflər dövlətə 17,7 milyard dollardan, 25%-lik avtomobil itarifləri isə 10,7 milyard dollardan çox gəlir gətirib.
ABŞ Maliyyə Nazirliyinin daha əvvəl bildirdiyi kimi, tariflərdən təkcə iyun ayında büdcəyə 26,6 milyard dollar gəlir daxil olub.
“Bloomberg” agentliyinin məlumatına görə, bu məbləğ 6,3 milyard dollar olan keçən illə müqayisədə təxminən dörd dəfə artıb.
“Nikkei Asia”nın məqaləsində iddia edilir ki, Vaşinqtonun tarif tədbirlərindən əldə etdiyi gəlirlər elə bir miqyasdadır ki, Ağ Ev hətta yeni administrasiya dövründə belə gələcəkdə tarif dərəcələrini ləğv etmək və ya azaltmaqda çətinlik çəkə bilər.
Seçilən
44
50
yeniavaz.com

10Mənbələr