AZ

Fidan Rubio ilə Suriyadakı vəziyyəti müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə yaxın mənbələr məlumat yayıb.

Söhbət zamanı Suriyanın cənubundakı vəziyyət müzakirə edilib. Fidan Suriyada münaqişənin tez bir zamanda dayandırılması və sakitliyin təmin edilməsinin vacibliyini vurğulayaraq, bununla bağlı tərəflər arasında əldə olunan razılaşmanın həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Nazir Suriyanın ərazi bütövlüyü, birliyi və suverenliyinə hər hansı hücumun regional sülh səylərinə zərbə vurduğunu bildirib.

Hakan Fidan terror təşkilatlarının Suriyanın cənubundakı vəziyyətdən sui-istifadə etməsinə qətiyyən icazə verilməyəcəyini əlavə edib.

Telefon danışığı zamanı, həmçinin Qəzzadakı vəziyyət və atəşkəs danışıqlarında əldə olunan irəliləyiş də qiymətləndirilib.

Seçilən
18
7
report.az

10Mənbələr