AZ

İsrail HƏMAS batalyon komandirinin öldürüldüyünü bildirdi

BAKI, 19 iyul.TELEQRAF

İsrail Müdafiə Qüvvələri və Ümumi Təhlükəsizlik Xidməti 2023-cü il oktyabrın 7-də törədilən terror aktında əli olan radikal HƏMAS qruplaşmasının "Dərrac Tuffah" batalyonunun komandirinin məhv edildiyini açıqlayıb.

Bəyanatda deyilir: “Son bir həftə ərzində İsrail Müdafiə Qüvvələri və Ümumi Təhlükəsizlik Xidməti Dərrac Tuffah bölgəsində HƏMAS "Dərrac Tuffah" batalyonunun komandiri terrorçu Məhəmməd Uaynızərərsizləşdirilib”.

Qeyd edilir ki, o, “oktyabrın 7-də amansız qırğın zamanı İsrail ərazisinə soxulub və müharibə zamanı qoşunlara qarşı çoxsaylı terror aktları həyata keçirib”. İsrail Silahlı Qüvvələri və Ümumi Təhlükəsizlik Xidməti oktyabrın 7-də vəhşicəsinə qətliamda iştirak edən terrorçulara qarşı əməliyyatları davam etdirəcək”.

2023-cü il oktyabrın 7-də HƏMAS yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı yaşayış məntəqələrində sakinlərin öldürülməsi və 200-dən çoxşəxsin, o cümlədən uşaqların, qadınların və qocaların girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə gərginləşib. Buna cavab olaraq, İsrail Qəzzanı tam blokadaya aldığını elan edərək, anklava və Livan və Suriyanın müəyyən ərazilərinə cavab zərbələri endirməyə başlayıb.

Seçilən
4
4
teleqraf.com

7Mənbələr