AZ

Goranboyda otla dolu maşın aşıb - FOTO

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yerləşən körpünün üzərində qeydə alınıb. Kəlbəcər rayon sakini, 1987-ci il təvəllüdlü F.İsgəndərovun idarə etdiyi “KamAZ” hərkətdə olan zaman aşıb.

Qəza zamanı xəsarət alan olmayıb. Yük yerində olan ot bağlamaları yola dağlıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
22
50
cebheinfo.az

10Mənbələr