AZ

İvan Rakitiç “Hayduk”da vəzifə aldı

37 yaşlı xorvat keçmiş mərkəz yarımmüdafiəçisi İvan Rakitiç karyeresını başa vurduğu Split “Hayduk”unda vəzifə alıb.

Arena.az “Hayduk”un mətbuat xidmətinə istinadən məlumat verir ki, Rakitiç xorvat klubunun texniki direktoru vəzifəsinə təyin edilib.

Xatrıladaq ki, Rakitiçi bu ilin iyul ayında karyerasına xitam verimişdi.

İvan Rakitiç “Bazel”in məzunudur. Rakitiç karyerası ərzində “Şalke”, “Sevilya”, “Barselona”, “Əl-Şabab” və “Hayduk”da oynayıb.

Rakitiç klub karyerası ərzində 887 oyun keçirib, 125 qol vurub, 141 məhsuldar ötürmə verib.

Rakitiç 2007-ci ilin sentyabr ayında debüt etdiyi Xorvatiya yığmasını heyətində 106 oyuna çıxıb, 15 qol və 16 məhsuldar ötürmə ilə fərqlənib.

Rakitiçin karyerasının ən parlaq dövrü “Barselona”dakı çıxışı ilə bağlıdır. Xorvat yarımmüdafiəçi “Barselona” ilə İspaniya La Liqasının (4 dəfə), İspaniya Kral Kubokunun (4 dəfə), İspaniya Super Kubokunun (2 dəfə), Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub. Rakitiç həmçinin “Bazel”lə İsveçrə Kubokunu, “Şalke” ilə Almaniya Kubokunu və “Sevilya” ilə Avropa Liqasını (2 dəfə) qazanıb.

Rakitiç 2015-ci ildə Xorvatiyada ilin futbolçusu seçilib.

Xatırladaq ki, “Hayduk” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Zirə”nin rəqibidir.

Seçilən
216
1
arena.az

10Mənbələr