AZ

“Araz-Naxçıvan” 19 yaşlı futbolçu ilə gücləndi

“Araz-Naxçıvan” futzal klubu heyətini U-19 millisinin üzvü Ədalət Ələkbərovla gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, gənc futzalçı ilə 1 illik müqavilə imzalanıb.

Daha əvvəl Qazaxıstanın “Astana” klubundan ayrılan milli üzvü Rövşən Hüseynlini, Mirzə Əmirovu heyətinə qatan son Azərbaycan çempionu Amirhossein Rasouli, Roman Adamov, Mateus Enrike, Əmir Şocai, Nurlan Məmmədov, Novruz Kazıxanov, Lazar Milosavljeviç, Əli Quliyev və Ali Rostami ilə vidalaşıb.

Bununla yanaşı, Qüdrət Qasımzadə, Xəzər Ağalızadə, Ülvi Əliyev, Covanni Valerio, Karlos Bartola, Emin Kürdov və Əli Həsənzadənin müqavilələrinin müddəti növbəti mövsümün sonuna qədər uzadılıb.

phrase_var_article.chosen
56
7
idmanxeber.az

10phrase_var_article.sources