AZ

DİQQƏT: Yalnız bu halda yaşınızı azalda bilərsiniz

“Azərbaycanda şəxsin yaşını rəsmi sənədlərdə azaltmaq mümkün deyil”.

Busaat.az xəbər verir ki, bu barədə KONKRET.az-a açıqlamasında hüquqşünas Turan Abdullazadə məlumat verib.

Onun sözlərinə görə, yaşı azaltmaq ümumiyyətlə mümkün deyil. Yalnız Ailə Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan istisna mövcuddur:

“Həmin maddəyə əsasən, övladlığa götürmənin gizli saxlanılması məqsədilə uşağın doğum tarixi 3 ayadək dəyişdirilə bilər. Bu dəyişikliyin isə yalnız uşaq 1 yaşına çatana qədər tətbiq edilməsi mümkündür”.
Hüquqşünas əlavə edib ki, bundan başqa, doğum tarixində hər hansı yanlışlıq olarsa və bu fakt sübut edilərsə, tarix dəyişdirilər:

“Əks halda, yaşın azaldılması hüquqi cəhətdən mümkünsüzdür”.

Seçilən
65
1
busaat.az

2Mənbələr