AZ

Suriya Prezidenti Süveyda üçün tam atəşkəs çağırışı etdi

BAKI, TurkicWorld

Suriya Prezidenti Əhməd əş-Şəraa İsrailin müdaxiləsi ilə gərginliyin artdığı bir vaxtda ölkənin cənubundakı Süveyda bölgəsində tam atəşkəsə çağırış edib.

TurkicWorld xəbər verir ki, o, vəziyyətə dair verdiyi açıqlamada ölkənin birliyinin qorunmasının vacibliyini və məzhəbçilik meyillərinə qarşı sərt tədbirlərin görüləcəyini bildirib.

Şəraa vurğulayıb ki, Suriyadakı ərəb qəbilələri hər zaman əxlaqi dəyərlərin və milli prinsiplərin simvolu olub.

O, Dürzi toplumuna qarşı ümumiləşdirici yanaşmalardan uzaq durulmalı olduğunu qeyd edərək, “Kiçik bir qrupun davranışına görə bütöv bir toplum ittiham edilə bilməz” deyib.

Prezident Suriya xalqının gücünün birlik və həmrəylikdən qaynaqlandığını bəyan edərək, ədalətin hər bir fərd üçün təmin olunmasının vacibliyini vurğulayıb.

O, bəzi siyasi dairələrin dar şəxsi maraqlarının ümumi milli istiqamətə zərər vurduğunu bildirib və Dürzi tayfalarını milli həmrəyliyə çağırıb.

Seçilən
47
turkic.world

1Mənbələr