AZ

“Neftçi”dən göndərilən müdafiəçiyə vaxt verdilər - 50 min aşağı düş!

"Araz Naxçıvan" millinin müdafiəçisi Höccət Haqverdiyə vaxt verib.

Hazırda klubsuz olan iranlı maliyyə şərtlərində güzəştə gedərsə, Muxtar Respublika təmsilçisi onu sıralarına qatacaq.

Hazırda tərəflərin şərtəlri üst-üstə düşmür.

Müqavilə müddəti bitircə, yəni, ötən ay 2,5 ildə formasını geyindiyi «Neftçi»dən ayrılmalı olan Höccət Premyer Liqanın bürünc medalçısından illik 150 min dollar tələb edir. «Ağ-qırmızılar» isə ona maksimum 100 min dollar ödəməyə razıdır.

«Araz» bu yay hələlik 6 transfer əməliyyatı həyata keçirib.

Bar Cohen (“Makkabi Netaniya”), Çance Simakala Ba-Muaka ("Osnabruk", Almaniya), Bruno Franko (“Lokomotiv”, Sofiya), Çarles Boli ("Apollon", Kipr), Patrik Andrade (son klubu "Qarabağ") və Hamidu Keyta ("Konyaspor", Türkiyə) komandaya yeni qoşulanlardır.

SPORTİNFO.AZ

Seçilən
50
1
sportinfo.az

10Mənbələr