AZ

Azərbaycanlı məşhurlar hazırda hansı ölkələrdə istirahət edirlər? -SİYAHI

Azərbaycanlı məşhurların yay istirahəti davam edir. Bu dəfə də onlar öz istirahətlərini müxtəlif ölkələrdə təşkil ediblər. 

BAKU.WS xəbər verir ki, aktrisa Xəyalə Quliyeva istirahət üçün qonşu ölkə Gürcüstana yollanıb. O bu barədə sosial şəbəkədə bildirib. Aktrisa Tbilisidən lentə alınan şəkillərini izləyiciləri ilə bölüşüb.

Müğənni Aysel Məmmədova hazırda İtaliyadadır. O Umbriyadakı istirahətindən olan görüntülərini izləyiciləri ilə bölüşüb. 

Müğənni Sevda Yahyayeva hazırda Türkiyədə dincəlir. O həyat yoldaşı və uşaqları ilə məşhur kurort mərkəzlərindən birində istirahət edir. Bu barədə sənətçi sosial şəbəkə hesabında bildirib. 

 

Azərbaycanlı model Diana Əhədpur isə hazırad Bodrumda istirahətinə davam edir. O b ir müddət əvvəl İtaliya və Monakoda dincəlib. Model Bodrumdakı lüks oteldən və yaxtadan görüntülərini sosial şəbəkə izləyiciləri ilə bölüşüb. 

Aparıcı Zümrüd Bədəlova da Türkiyədə istirahət edən məşhurlarımız sırasındadır. O hazırda Çeşmədə dincəlir. Zümrüd istirahətindən olan fotoları şəxsi instaqram hesabında yayımlayıb. O demək olar ki, hər il istirahət üçün Türkiyəni seçir. 

Seçilən
56
25
far.az

10Mənbələr