AZ

Həkim yay mövsümü üçün ideal menyunu açıqlayıb

Qastroenteroloq və hepatoloq Sergey Vyalov yay aylarında yağlı və ağır yeməklərdən uzaq durmağı tövsiyə edib.

E-saglam.az xəbər verir ki, o, bu barədə “Telegram” kanalında paylaşım edərək, isti havalar üçün ideal menyunu açıqlayıb.

Mütəxəssisin fikrincə, yayda qidalanma yüngül və təravətli olmalıdır. Vyalov tərəvəz salatları, təzə meyvə və giləmeyvələr, xüsusilə banan yeməyi tövsiyə edib. O, bananın əksər inanışlardan fərqli olaraq şişkinliyə səbəb olmadığını, əksinə bağırsaq fəaliyyətini tənzimlədiyini bildirib.

Qastroenteroloq həmçinin kefir, smuzi, zəncəfilli çay, nanə və limon balzamı ilə içkilərin də pəhrizə daxil edilməsini tövsiyə edir. Bu içkilər mədə-bağırsaq traktının hərəkətliliyini yaxşılaşdırmağa kömək edir və isti havalarda orqanizmi yükləmir.

Eyni zamanda, həkim lobya, noxud, meyvə şirələri və şəkər əvəzediciləri kimi qaz yaradan məhsullardan uzaq durmağı məsləhət görür. Bu qidalar yayda bağırsaqlarda qaz yığılmasına və narahatlığa səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Seçilən
72
e-saglam.az

1Mənbələr