AZ

Prezident Zəngəzur dəhlizindən danışdı

“Biz Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Ermənistanİranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini demək olar başa çatdırırıq. Yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi tikilmiş olacaq”.

Poliqon xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə deyib.

“Zəngəzur dəhlizinin reallaşması mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacaq. Təkcə hamının haqqında danışdığı bir istiqamətə - Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələrindən İrana, oradan da Türkiyəyə. Bu, yük axınının həcminin artırılması üçün böyük perspektivlər açır”, deyə dövlət başçısı qeyd edib.

Poliqon.info

phrase_var_article.chosen
60
29
poliqon.info

10phrase_var_article.sources