Tehran Vaşinqtonun qarşılıqlı faydalı həllə nail olmaq iradəsini görməyincə, ABŞ-la nüvə danışıqlarının bərpasına razı deyil.
"Unikal" xəbər verir ki, bu barədə bunu İranın xarici işlər naziri Abbas Əraqçi Çinin CGTN telekanalına müsahibəsində deyib.
"Bizim nüvə proqramımız yalnız dinc məqsədlər üçündür və biz buna yüz faiz əminik. Bu etimadı başqaları ilə bölüşməkdə problemimiz yoxdur, lakin bu, yalnız danışıqlar yolu ilə mümkündür", - diplomat qeyd edib.
Əraqçi həmçinin qeyd edib ki, Tehran və Təl-Əviv arasında atəşkəs rejimi son dərəcə qeyri-sabit olaraq qalır. Onun sözlərinə görə, 12 günlük müharibə göstərdi ki, İranın nüvə proqramı ilə bağlı məsələləri güc yolu ilə həll etmək olmaz və İsrail hərbi ssenaridən əl çəkməlidir.
Ağarza Elçinoğlu