"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva yay transfer dönəmində klubdan ayrıla bilər.
90deqiqe.Az "Football Insider"ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun agenti Jorje Mendeş artıq müştərisi üçün yeni klub axtarışındadır. Səbəb isə 29 yaşlı oyunçunun hələ də “şəhərlilər”dən müqavilə uzatma təklifi almamasıdır. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
Agentin əsas planı – Silva üçün uyğun komanda taparaq onu müqavilə müddəti başa çatdıqdan sonra azad agent kimi yeni kluba transfer etməkdir.
Geridə qalan mövsümdə Bernardu Silva “Mançester Siti”nin heyətində 52 oyuna çıxıb, 6 qol vurub və 5 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı portuqaliyalının bazar dəyərini 38 milyon avro olaraq göstərir.