AZ

Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 5-ci məhəllə ərazisində baş verib.

Şəhər sakini, 1987-ci il təvəllüdlü Səmədov Rüfət Mirfəttah oğlu aralarında baş vermiş münaqişə zəminində tanışı, 1975-ci il təvəllüdlü Gülalıyev Rauf Ağalar oğluna bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya çatdırılıb.

Əldə etdiyimiz məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən R.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Seçilən
29
50
report.az

10Mənbələr