AZ

Sumqayıtda 14 yaşlı uşaq faciəli şəkildə ölüb

Sumqayıtda faciəvi hadisə baş verib.

Report”un yerli bürosunun məlumatına görə, 2011-ci il təvəllüdlü Məcidov Azər dənizdə çimərkən qəfil qıcolma (epileptik tutma) keçirib.

Hadisə şahidlərinin bildirdiyinə görə, azyaşlı suya girdikdən dərhal sonra epileptik tutmaya məruz qalıb və huşunu itirib. Yaxınları dərhal kömək göstərməyə çalışsalar da, vəziyyət ağır olub.

Azyaşlı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Seçilən
19
50
report.az

10Mənbələr