AZ

Rəşad Sadıqovun mətbuat konfransı olacaq

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Hayduk” (Xorvatiya) oyunundan əvvəl baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.

"Football-plus.az" xəbər verir ki, ilk olaraq meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov media nümayəndələrinin qarşısına çıxacaq.

22 iyul, 18.00: “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı (8-ci km qəsəbə stadionu)
19.00 Media üçün açıq məşq (Suraxanı qəsəbə stadionu)

22 iyul, 19.00: “Hayduk”un baş məşqçisi Qonsalo Qarsiya mətbuat konfransı (8-ci km qəsəbə stadionu)
19.30 Media üçün açıq məşq (8-ci km qəsəbə stadionu)

Hər iki komandanın məşq prosesinin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.

Seçilən
227
3
football-plus.az

9Mənbələr