AZ

"Uğurumuz idmançılara stimul olacaq"

"İlk dəfədir ki, qrup hərəkətləri komandamız Universiadada çıxış edir". Bu sözləri mətbuata açıqlamasında Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının məşqçisi Elnara Hüseynova Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında qızıl medal qazanmaları barədə danışarkən deyib.

 O, nəticəyə görə xoşbəxt olduğunu bildirib: "Bu, komandamız üçün ilk idi". Qrup hərəkətləri komandasının üzvü Güllü Ağalarzadə də tarixi nəticələri qazanmağı çox sevdiklərini söyləyib: "Avqustun sonunda dünya çempionatı keçiriləcək. Universiada mundiala hazırlıq prosesidir. İlk medalımızı qazandığımız üçün çox xoşbəxtik. Tarixi nəticələr qazanmağı çox sevirik. Bu artıq bizim üçün ənənəyə çevrilib. İnanıram ki, bu uğurumuz digər idmançılara da stimul olacaq. İyulun 20-də iki finalda çıxış edəcəyik. Ümid edirəm ki, səhvsiz başa vuracağıq".

Seçilən
35
2
azerbaijan-news.az

2Mənbələr