Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayon ərazisində yerləşən istirahət mərkəzlərindən birində qeydə alınıb.
İlkin məlumata görə, istirahət mərkəzində təşkil olunan mərasimdə 17 nəfər qonaq qidadan zəhərlənib.
Zəhərlənən qonaqlar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi xəstəxanasına çatdırılıblar.
Onlara ilkin tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətlərini orta ağır qiymətləndirirlər.
Hadisə yerinə AQTA-nın və rayon hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
"Cebheinfo.az"