Kürdəmir rayonunda kütləvi zəhərlənən şəxslərin sayı 24 nəfərə çatıb.
Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, zəhərlənən şəxslərdən 6-sı uşaq olmaqla, 14-ü qadın, 10 nəfəri isə kişilərdir.
Hazırda bütün xəstələr ambulator müalicə üçün evə buraxılıb.
Daha əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Avtosfer.az-a bildirilib ki, "Naftalan" ailəvi restoranda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə AQTA əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.
İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb.