“TRT World” kanalında yayımlanan “The Newsmakers” proqramının aparıcısı Andrea Sankenin moderatorluğu ilə baş tutan panel müzakirədə “Euronews”un Bakı üzrə baş icraçı direktoru Fernando Soares, Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Alexandru Giboi, “Qazcontent” ASC-nin İdarə Heyətinin sədri Aina Zadabek və “AnewZ” beynəlxalq televiziya kanalının müxbiri Oubai Shahbandar tərəfindən fərdlərin informasiyaya tənqidi yanaşma bacarıqlarının inkişafı, müasir texnologiyalardan düzgün istifadə etmə qabiliyyətinin gücləndirilməsi, insanların doğru məlumatı yanlışdan fərqləndirməsi, manipulyasiya və dezinformasiyanın qarşısının alması, həmçinin sosial şəbəkələrdə və digər rəqəmsal platformalarda etik və məsuliyyətli davranışların sərgilənməsi ilə bağlı müzakirələr aparılıb.
Panel müzakirə zamanı çağdaş medianın əsas anlayışlarından olan dezinformasiyanın yaradılması və yayılmasında süni intellektin formalaşdırdığı yeni reallıqlarla mübarizə üçün istehlakçıların media savadlılığının artırılmasının, bu sahədə innovativ yanaşmaların tətbiqinin və mürəkkəb media ekosistemində qarşılıqlı inam və etimad əlaqələrinin qurulmasının vacib addımlardan biri olduğu diqqətə çatdırılıb.






10Mənbələr
-
baki-xeber.com"Azərbaycan və Ermənistan arasındakı reallıqlar beynəlxalq mediada obyektiv şəkildə əks olunmayıb" - “TRT World”un müxbiri ( 19483598)
-
baku.newsIII Şuşa Qlobal Media Forumu: Azərbaycan beynəlxalq informasiya axınına yön verir ( 19483433)
-
baki-xeber.com"Media savadlılığı rəqəmsal dönəmdə dezinformasiyaya qarşı mübarizənin açarıdır" - Afrika İttifaqının nümayəndəsi ( 19483154)
-
news24.azHədiyyə: Kino, popkorn və içki — Hamısı pulsuz! ( 19462757)
-
aznews.azİki gündür Şuşadayıq, amma Şuşanı ən dərin şəkildə məhz bu filmə baxarkən hiss elədim ( 19482923)
-
newscenter.azÖzbəkistanı xarici investorlar üçün cəlbedici edən nədir? ( 19482704)
-
baki-xeber.comŞuşadan mühüm MESAJ: peşəkar və operativ medianın qurulması bir nömrəli məsələdir ( 19482647)
-
demokrat.azBaş redaktor: "Şuşada keçirilən Qlobal Media Forumu media quruluşları, jurnalistlər üçün çox vacibdir" ( 19482632)
-
olaylar.az“Euronews”un rəhbəri: Medianın sükanı arxasında süni intellekt yox, insan dayanmalıdır ( 19482467)
-
day.azAvropa Xəbər Agentlikləri Alyansının rəhbəri: Trend BİA dünya miqyasında müstəsna etimad qazanıb ( 19482371)