Xəzər rayonu, Buzovna-Mərdəkan yolunda piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, qəza səbəbindən yolun hər iki istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması üçün zəruri tədbirlər görülür.