AZ

Mixail Qusman: "Tarixi bilməli, ondan nəticə çıxarmalıyıq"

"Tarixi bilməli, ondan nəticə çıxarmalıyıq".
 
Moderator.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman Şuşa Qlobal Media Forumu çərçivəsində Laçında keçirilən "AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi" mövzusunda dəyirmi masada səsləndirib.
 
"AZƏRTAC-ın tarixinin yarısı qədər mənim bu agentliklə uzunmüddətli əlaqələrim var. Biz tarixi bilməli, ondan nəticə çıxarmalı və faydalanmalıyıq. AZƏRTAC kimi zəngin tarixə sahib xəbər agentliyinin keçmişindən danışmaq olduqca vacibdir" , - deyə Mixail Qusman bildirib.
 
O qeyd edib ki, ümummilli lider Heydər Əliyev AZƏRTAC-ın fəaliyyətinə hər zaman yüksək dəyər verib və onu daim diqqətdə saxlayıb. Ulu öndərin hakimiyyəti dövründə ölkə ilə bağlı ən mühüm xəbərlər məhz AZƏRTAC vasitəsilə ictimaiyyətə çatdırılıb.
 
"Bu ənənə bu gün də davam etdirilir. Prezident İlham Əliyev AZƏRTAC-ın fəaliyyətini yüksək qiymətləndirir və agentliyə xüsusi diqqət göstərir. 105 illik yubiley - bu, təkcə bir rəqəm deyil, həm də zəngin peşəkar təcrübənin, sadiqliyin və milli medianın inkişaf tarixinin göstəricisidir. Azərbaycanın ən görkəmli jurnalist və fotomüxbirləri məhz AZƏRTAC-da çalışıblar.
 
İnanıram ki, bu zəngin irs və peşəkarlıq ənənəsi gələcək nəsillərə ötürüləcək. Çünki belə tarixi xəbər agentlikləri peşəkar media mütəxəssislərinin yetişməsində mühüm rol oynayır və informasiya sahəsinə əvəzsiz töhfə verir," - deyə Mixail Qusman əlavə edib.
phrase_var_article.chosen
13
5
moderator.az

3phrase_var_article.sources