AZ

Türkiyəyə aparılan 206 kiloqram kokain ələ keçirildi

Bolqarıstan sərhədçiləri Türkiyəyə gedən Belçika nömrəli yük maşınında indiyə qədər aşkarlanan ən böyük miqdarda kokaini ələ keçiriblər.

Axar.az xəbər verir ki, bu barədə “Assoşeyited Press” məlumat yayıb.

Gömrük rəsmiləri bildiriblər ki, axtarış zamanı 22 milyon dollar dəyərində 206 kiloqram narkotik maddə tapılıb.

Türkiyəyə sərhədi keçməyə cəhd edən 3 nəfərin Konqo Demokratik Respublikasının Belçikada akkreditə olunmuş 40 yaşlı diplomatı, 54 yaşlı Belçika vətəndaşı və 43 yaşlı Bolqarıstan sürücüsü olduğunu müəyyən edilib.

Seçilən
30
7
axar.az

10Mənbələr