AZ

Günün dördüncü boğulma hadisəsi -

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Yevlax şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.Bu haqda Metbuat.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.Əlavə məlumat veriləcək.

Qeyd edək ki, bu gün Novxanıda 2 nəfərin, Sumqayıtda daha bir nəfərin boğulma faktı qeydə alınıb.

Seçilən
244
10
metbuat.az

10Mənbələr