AZ

Ayaqlardan iy gəlməsinə səbəb olan səhv tapıldı

İctimai nəqliyyatda, ofisdə, hətta qonaq gedəndə... Bəzən bir cüt ayaqqabıdan gələn qoxu ən intim mühitləri belə korlaya bilər. Ayaq qoxusu çox insanın qarşılaşdığı, lakin danışmaqdan çəkinilən problemdir. Bəs bu narahatlığın əsl səbəbi nədir? İllərdir müzakirə olunan bu problemin əsas səbəbi mütəxəssislər tərəfindən nəhayət aydınlaşdırıldı.

E-saglam.az bildirir ki, demək olar ki, hər kəsin yaşadığı bu problem, xüsusilə yay aylarında tərləmə ilə daha da bezdirici olur. Əsas səbəb isə tərləmə deyil, tərləyən ayaqların düzgün nəfəs ala bilməməsidir. Yəni, ən böyük səhv – nəfəs almayan ayaqqabı geyinməkdir.

Sintetik materiallardan hazırlanmış, hava keçirməyən ayaqqabılar ayağın gün ərzində nəmli və isti qalmasına səbəb olur. Bu, bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır və nəticədə arzuolunmaz, utandırıcı ayaq qoxusu meydana gəlir.

Yalnız ayaqqabı deyil, corab seçimi də önəmlidir. Neylon və polyester tərkibli corablar təri udmaq əvəzinə, onu saxlayır ki, bu da göbələk artımı və pis qoxuya səbəb olur. Mütəxəssislər pambıq və ya bambuk corabları məsləhət görürlər.

Ayaqlarınızı sıxan 4 pis vərdiş

Ardıcıl günlərlə eyni ayaqqabını geyinmək: Ayaqqabının içi qurumadan təkrar istifadə bakteriyaların çoxalmasına səbəb olur.

Uzun saatlar ayağı tam örtən idman ayaqqabısı geyinmək: Xüsusilə yayda isti və nəm mühit yaradır.

Yaş ayaqqabı və ya corabla gəzmək: Rütubət göbələk və bakteriyaların əmələ gəlməsini sürətləndirir.

Ayaqların mütəmadi yuyulmaması və qurudulmaması: Gigiyena qaydalarına əməl etməmək pis qoxunun əsas səbəblərindəndir.

5 addımda ayaq qoxusuna son

Hər istifadədən sonra ayaqqabıları yaxşı havalandırın.

İki gün ardıcıl eyni ayaqqabını geyinməyin.

Antibakterial ayaq spreyləri və ya talk pudrasından istifadə edin.

Ayaqlarınızı hər gün sabunla yuyun, xüsusilə barmaqlar arasını yaxşı qurudun.

Yayda açıq ayaqqabı və sandalet seçin.

Əsl düşmən: bakteriyalar

Pis qoxu təkcə narahatlıq deyil, bakterial balansın pozulmasının göstəricisidir. Qoxu uzun müddət qalırsa və ya pisləşirsə, dermatoloqa müraciət etmək vacibdir. Əks halda, vəziyyət mantar infeksiyasına və dərinin qıcıqlanmasına səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Seçilən
48
e-saglam.az

1Mənbələr