Brayan Mbemo “Mançester Yunayted” ilə anlaşıb.
"Football-plus.az" xəbər verir ki, “Brentford”un hücumçusu ilə bir neçə həftə davam edən danışıqlardan sonra transfer dəyəri 71 milyon funt sterlinqə (82,4 milyon avro) qədər olan razılıq əldə olunub.
Müqaviləyə əsasən, Mançester klubu ilkin olaraq 71 milyon funt sterlinqi dörd hissədə ödəyəcək, üstəlik 6 milyon funt sterlinq (7 milyon avro) məbləğində bonuslar da nəzərdə tutulur.
25 yaşlı kamerunlu hücumçu digər təklifləri rədd edərək MY-ni seçib. Qeyd edək ki, Brayan 2024/25 mövsümündə premyer-liqada 38 oyun keçirib, 20 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta