"Roma" "Lans"dan yarımmüdafiəçi Neil El-Aynauinin transferini reallaşdırıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. El-Aynaui "Roma"da 8 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, El-Aynaui futbol karyerasına "Nansi"nin akademiyasında başlayıb. 2021-ci ildə əsas komandada debüt edən yarımmüdafiəçi 2023-cü ildə "Lans"a keçib. O, indiyə qədər müxtəlif turnirlərdə 130 oyunda iştirak edib və 17 qol vurub.