AZ

"Qarabağ" sabah İrlandiyaya yola düşür

Yazını böyüt
Yazını kiçilt

“Qarabağ” gələn həftə UEFA Çempionlar Liqasının yeni mövsümündə mübarizəyə başlayır.

Hafta.az xəbər verir ki, İrlandiyada “Şelbrun”un qonağı olacaq Azərbaycan çempionu səfərə hazırlaşır - “Köhlən atlar” Bakını oyundan iki gün əvvəl tərk edəcək.

İyulun 21-də saat 15:00-da çarter reysli təyyarə ilə havaya qalxacaq nümayəndə heyəti axşam saatlarında Dublinə çatacaq.

Təmsilçimizin paytaxtın dəbdəbəli məkanlarından sayılan “Clayton Ballsbridge” hotelində məskunlaşacağı da dəqiqləşib.

İyulun 22-də Bakı vaxtı ilə saat 21:45-də Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq, bundan 15 dəqiqə sonra “Qarabağ”ın oyunöncəsi son məşqi baş tutacaq.

Qeyd edək ki, iyulun 23-də “Tolka Park” stadionunda keçiriləcək “Şelbrun” – “Qarabağ” dueli Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Seçilən
52
50
hafta.az

10Mənbələr