İndoneziya sahillərində göyərtəsində 280 nəfərin olduğu sərnişin gəmisi yanır.
“Qafqazinfo” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Sosial şəbəkələrdəki görüntülərdə sərnişinlərin qışqıraraq kömək istədikləri, bəzilərinin isə özlərini suya atdıqları görünür.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Hələlik itkilər barədə rəsmi məlumat yoxdur.
***
BBC-nin məlumatına görə, İndoneziyanın Sulvesi adasının sahillərində bərə yanğını nəticəsində azı 5 nəfər ölüb, 284 nəfər xilas edilib.
İndoneziya Hərbi Dəniz Qüvvələri “KM Barselona VA” adlı gəmidən kəsin çıxarıldığını bildirib.
Yanğının səbəbi hələlik məlum deyil.
Görüntüləri təqdim edirik: