AZ

Sumqayıtda çoxmərtəbəli binada yanğın olub,

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

Metbuat.az xəbər verir ki, hadisə 6-cı mikrorayonda yerləşən çoxmərtəbəli yaşayış binalarından birində baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Polis əməkdaşları tərəfindən ərazidə mühafizə tədbirləri həyata keçirilir, binadan sakinlərin təxliyəsi təmin olunub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları tərəfindən söndürülüb.

Seçilən
46
50
metbuat.az

10Mənbələr