Polşa çempionatında 2025/26 mövsümünə start verilib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da yeni komandası “Motor”da ilk rəsmi oyununa çıxıb.
Lyublin təmsilçisi doğma meydanda “Arka” ilə qarşılaşıb və 1:0 hesablı qələbəyə sevinib. Renat fasilədən dərhal sonra meydana buraxılıb və 71-ci dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Xatırladaq ki, Dadaşov “Motor”la bu yay 1+1 illik müqaviləyə imza atıb.