Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp “The Wall Street Journal” nəşrininonun Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Paueli vəzifədənazad etməməsi üçün maliyyə naziri Skott Bessentin təsir göstərməsibarədə iddialarını təkzib edib.
Trend xəbər verirki, Tramp bu barədə "Truth Social" platformasında paylaşımedib.
“The Wall Street Journal”ın dərc etdiyi yalançı məqalədə deyilirki, Scott Bessent guya mənə Cerom Pauelin işdən çıxarılmasınınbazar üçün pis olacağını deyib. Heç kim mənə bunu izah etməyib”, –deyə o qeyd edib.
Tramp vurğulayıb ki, ABŞ üçün nəyin daha faydalı olduğunuhamıdan yaxşı bilir və onun rəhbərliyi olmasaydı, Amerika bazarlarıçökə bilərdi.