Fransa Prezidenti Emmanuel Makronun (19%) və baş nazir Fransua Bayrunun (18%) dəstək reytinqi Beşinci Respublikanın tarixində ən aşağı səviyyəyə çatıb.
Publika.az xəbər verir ki, bu barədə "Journal du Dimanche" üçün aparılan "Ifop" sorğusunun məlumatlarında deyilir.
İkilinin ümumi balı 37 bal təşkil edib ki, bu da 2014-cü ildə Fransua Olland və Manuel Valsın 51 balından aşağı olub. Makron seçiciləri arasında dəstək 2022-ci ildən bu yana 12 bal azalaraq 49%-ə düşüb.
"Makron, reytinqi 20%-dən aşağı düşmüş ilk prezident kimi tarixə düşdü. Hətta "sarı jiletlilər" böhranının pik nöqtəsində bu, 23% idi", - tədqiqatın müəllifləri qeyd ediblər.
Respondentlərin 82%-i Bayrudan narazıdır, 50%-i isə “son dərəcə narazıdır”. Kəskin azalmaya vətəndaşların sosial ədalətsiz hesab etdiyi 2026-cı il büdcə qanunu kömək edib.