Hollivud ulduzu Tom Kruz və sevgilisi Ana de Armas İspaniyada istirahət edirlər.
Axşam.az xəbər verir ki, 63 yaşlı Hollivud aktyoru və 37 yaşlı sevgilisi paparassilərin obyektivinə tuş gəlib. Onlar Aralıq dənizində yaxtada dincəlirlər.
Onlar Balear adaları arxipelaqına daxil olan Menorka adasını seçiblər. Ana qayışlı romantik ağ sarafanda göründü və aktyor yüngül kətan köynək və şort seçib. Hər ikisi günəş vurmamaq üçün görünüşlərini papaqlarla tamamlayıb.