İran, 2015-ci ildə imzalanmış nüvə sazişi üzrə Avropa tərəfləri ilə danışıqlara başlamağa razılaşıb.
Manset.az xəbər verir ki, bu barədə rəsmi Tasnim Xəbər Agentliyi adı açıqlanmayan diplomatik mənbəyə istinadən məlumat yayıb.
Xəbərdə bildirilir ki, İran, İngiltərə, Fransa və Almaniya ilə aparılacaq müzakirələr üzrə üç Avropa ölkəsi artıq razılığa gəlib.
Danışıqların keçirilməsi üçün vaxt və yer ilə bağlı məsləhətləşmələrin davam etdiyi qeyd edilir. Məlumata görə, görüşün Cenevrə və ya Vyana şəhərlərində keçirilməsi planlaşdırılır. Danışıqların xarici işlər nazirlərinin müavinləri səviyyəsində aparılacağı vurğulanıb.
Hələlik, tərəflər arasında danışıqların məqsədləri və təfərrüatları ilə bağlı əlavə məlumat verilmir.