Bakupost saytına istinadən ain.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda Rusiya ilə danışıqların yeni raundunun keçirilməsinin planlaşdırıldığını açıqlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə məlumatı RBC-Ukrayna yayıb.
Zelenski bildirib ki, qarşıdakı danışıqlarda Ukrayna üçün əsas prioritet məhbusların qaytarılması olacaq. Onun sözlərinə görə, münaqişənin həllinə dair real nəticələr yalnız liderlər səviyyəsində birbaşa görüşlər vasitəsilə əldə oluna bilər.
Prezident, həmçinin Ukrayna səfirlərini digər ölkələri bu danışıqlar formatının vacibliyi barədə məlumatlandırmağa və ölkəsinə dəstəyin davam etdirilməsini təmin etməyə çağırıb.
Zelenski qeyd edib ki, danışıqlar paralel olaraq Ukraynanın hərbi imkanlarının gücləndirilməsi ilə müşayiət olunmalıdır. Bu kontekstdə o, Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovdan on gün ərzində hərbi təchizat sazişlərinin auditi və icra müddətləri ilə bağlı hesabat gözlədiyini bildirib.
Ukrayna lideri yeni müdafiə naziri Denis Şmıxala konkret göstərişlər verdiyini deyib. Onun sözlərinə görə, hazırda Ukrayna Silahlı Qüvvələri üçün əsas prioritetlərdən biri pilotsuz uçuş aparatlarının qarşısını almaq üzrə ixtisaslaşmış operatorların hazırlanmasıdır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.