AZ

“Apple” məşhur bloqer və insayderi məhkəməyə verdi

“Apple” şirkəti məşhur “YouTube” bloqeri və insayder Con Prosseri ticarət sirlərini mənimsəməkdə ittiham edərək məhkəməyə verib.

NOCOMMENT.az “MacRumors” nəşrinə istinadla xəbər verir ki, iddiaya səbəb onun ilin əvvəlində paylaşdığı videoçarxlarda gələcək “iOS 26” əməliyyat sisteminin dizaynını ətraflı nümayiş etdirməsi olub.

İddia ərizəsinə görə, məlumat sızmasının əsasında “Apple” əməkdaşı İtan Lipnikə məxsus “iPhone”un mühəndislik nümunəsi dayanıb. Şirkətin versiyasına görə, Prosser Lipnikin dostu Maykl Ramaççiotti ilə əlbir olub. Onlar cihazın paroluna daxil olublar və işçinin yerini izləyərək uzun müddət onun mənzilindən çıxacağı anı gözləyiblər.

Bundan sonra Ramaççiotti mənzilə daxil olub, mühəndisin “iPhone”una giriş əldə edib və Prosserə “FaceTime” zəngi edərək onun üzərində işləyən “iOS 26″nı nümayiş etdirib.

Bloqer də öz növbəsində bu söhbəti lentə alıb və sonra əldə etdiyi materiallardan öz videolarını yaratmaq üçün istifadə edib. İddia edilir ki, Prosser Ramaççiottiyə etdiyi kömək üçün pul mükafatı təklif edib.\\Oxu.Az

Seçilən
9
22
nocomment.az

10Mənbələr